Göygöldə dərədən meyit tapılıb.
Sitat.info xəbər verir ki, hadisə rayonun Molla Cəlilli kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü kənd sakini Sabiq Quliyevin meyiti kəndin ərazisində dərəyə atılmış vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.