Rusiya Donbasın bütün ölkələr tərəfindən tanınmasını daha böyük bir razılaşmanın bir hissəsi hesab edir.
Sitat.info xəbər verir ki, Qərb mənbəsi Əbu-Dabidə TASS agentliyinə bu barədə bildirib.
Mənbə bildirib ki, Rusiya tərəfi üçün Donbasın bütün ölkələr tərəfindən tanınması çox vacib hesab olunur.
Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli təhlükəsizlik danışıqlarının birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib.
Çərşənbə günü BƏƏ-nin paytaxtında Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsi başlayıb.
Məğrur,
Sitat.info