Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında artan gərginliyin hərbi müdaxilə ilə deyil, diplomatiya yolu ilə nizamlanmalı olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Ankara bölgənin yeni münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün Vaşinqton və Tehran arasında gərginliyin azaldılması istiqamətində fəal çalışır.
O, vurğulayıb ki, Türkiyə ABŞ-nin İrana qarşı mümkün hərbi müdaxiləsinə qəti şəkildə qarşıdır və bu mövqeyini həm amerikalı, həm də iranlı rəsmilərə açıq şəkildə çatdırıb.
Türkiyə liderinin sözlərinə görə, hazırda həm ABŞ, həm də İran diplomatik kanalları açıq saxlamaqda maraqlıdır.
O hesab edir ki, aşağı səviyyəli görüşlərdə əldə olunan irəliləyişlərdən sonra liderlər səviyyəsində danışıqların keçirilməsi daha konstruktiv nəticələr verə bilər.
Aytac,
Sitat.info