General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

14:58 6 Fevral 2026

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

Sitat.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəzi Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub. General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.



Xəbər xətti