Müəllimini güllələyən şagird liseyə silahı belə keçirib – VİDEO

16:22 6 Fevral 2026

Səhər saatlarında “İdrak” liseyində baş verən insidentin ilkin görüntüləri yayılıb.

Sitat.info musteqil.az-a istiandən xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib. Hadisə zamanı ov silahından açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.

 

Whatsapp

 



Xəbər xətti