Tanınmış aparıcı Tarix Əliyevin (Tolik) ailəsində xoş gün yaşanıb.
Sitat.info xəbər verir ki, aparıcının bir müddət əvvəl "Həri" mərasimi keçirilən bacısı Fatimə nişanlanıb.
Fatimə Sənan adlı bəylə ailə quracaq. Tolikinin bacısının nişan mərasimi paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub.
Məclisdə bir neçə Xalq artisti, o cümlədən digər məşhur şəxslər iştirak edib.
Tolik bacısı sayəsində həmkarı, aparıcı Elgiz Əkbərlə qohum olduğunu açıqlayıb.