Gəncə hərbi prokuroru Emin Vəliyevə yeni müavin təyin edilib. Sitat.info Trend-ə istinadla xəbər verir ki, müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Əmrə əsasən, Ədliyyə polkovnik-leytenantı Məmmədov Vasif Qulu oğlu Gəncə hərbi prokurorunun müavini təyin edilib.