Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaltdı

15:36 7 Fevral 2026

Ermənilər Göyçə mahalının Basarkeçər rayonu ərazisində, Azərbaycanla sərhəddə yerləşən Yuxarı Şorca və Aşağı Şorca kəndlərini boşaldıblar.

 
Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
 
Nəşrə danışan kənd sakinləri bildiriblər ki, kəndin bir hissəsi ümumiyyətlə köçüb gedib, digərləri isə qış aylarına görə Basarkeçərə yerləşiblər. Kənd icmasının rəhbəri ümid etdiyini bildirib ki, yaz aylarında, əkin zamanı onlardan bəziləri əkin-biçin niyyəti ilə müvəqqəti olaraq qayıdacaq.
 
Sakinlərin köçməsinə səbəb qış aylarında kəndə gediş-gəlişin kəsilməsi, yolların qar altında qalması və kənddə şəraitin olmamasıdır.
///Bakupost.az



Xəbər xətti