İran gizli diplomatiyaya başlayır: Yüksək rütbəli rəsmi  Omana yollandı

09:45 9 Fevral 2026

İran hakimiyyətinə yaxınlığı ilə tanınan “Tabnak” saytı xəbər verir ki, İranın yüksək vəzifəli rəsmisi yaxın günlərdə Omana səfər edəcək. Ancaq rəsminin adı və səfərin detalları açıqlanmayıb.

Məlumata görə, Oman Tehran və  Vaşinqton arasında ənənəvi vasitəçi rolunu oynayır. Bildirilir ki, iki ölkə arasında cümə günü başlayan və hələ də davam etdiyi bildirilən danışıqlara məhz Oman ev sahibliyi edib.

Bu diplomatik görüşlər fonunda diqqət çəkən digər məqam isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin daha öncə açıqlanmamış səfərlə Moskvaya getməsi olub. Laricaninin səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdüyü də qeyd olunub.

Tehran,

Sitat.info 



Xəbər xətti