Təhlükəli həmlə! ABŞ təyyarələri İran sərhədlərinə yaxınlaşdı  

09:48 9 Fevral 2026

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III və MC-130 Super Hercules tipli hərbi-nəqliyyat təyyarələrinin Türkmənistanda naməlum bir əraziyə eniş etdiyi bildirilir.

Sitat.info xəbər verir ki, bununla bağlı məlumatı açıq mənbəli uçuş izləmə platforması “FlightRadar24” yayıb. Platformanın məlumatlarına əsasən, təyyarələrin eniş nöqtəsi rəsmi olaraq açıqlanmayıb.

Xüsusi diqqət çəkən məqam MC-130 Super Hercules təyyarəsinin funksiyasıdır. Sözügedən təyyarə əsasən  xüsusi təyinatlı qüvvələrin daşınması, gizli və gecə əməliyyatları, helikopterlərə uçuş zamanı avadanlıq ötürülməsi, qeyri-standart eniş-qalxma missiyaları üçün istifadə olunur.

Türkmənistanın Tehrandan təxminən 300 kilometr məsafədə yerləşməsi bu enişin strateji əhəmiyyətini daha da artırır. Mövcud vəziyyət fonunda bu addım ABŞ-nin İrana yaxın bölgələrdə hərbi mövcudluğunu gücləndirdiyinə dair növbəti siqnal kimi dəyərləndirilir.

Aytac,

Sitat.info



Xəbər xətti