ABŞ-ın vurduğu nüvə obyektlərində partlamamış bombalar qalıb - Araqçi

09:56 9 Fevral 2026

İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, 12 günlük müharibə zamanı ABŞ-ın zərbə endirdiyi nüvə obyektlərində partlamamış bombalar qalıb.
Sitat.info xəbər verir ki, Araqçı bu məsələ ilə bağlı açıqlama verib.

Araqçı  bildirib ki, o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) rəhbəri Rafael Mariano Qrossidən ABŞ-ın hədəf aldığı nüvə obyektlərinə baş çəkmək üçün xüsusi qanun və ya protokol olub-olmadığını soruşub və Qrossi "Xeyr, belə bir şey yoxdur" cavabını verib.

Bu cavabdan sonra İran naziri bildirib: "Mən ona dedim ki, səfərlərdən əvvəl protokol olmalıdır. Çünki təhlükəsizlik məsələləri müzakirə olunur. Partlamamış bombalar var və razılaşmalı olduğumuz məsələlər var. Bu məsələlər üzrə razılıq əldə edildikdən sonra yoxlamalar aparılmalıdır. Bu kontekstdə Agentliklə əlaqə saxlayırıq".

"Biz ABŞ-a etibar etmirik"
Digər tərəfdən, Araqçı ABŞ-a etibar etmədiklərini və danışıqların nəticəsinin qeyri-müəyyən olduğunu bildirib: "Onlar hər şeyi sınadılar və uğursuz oldular. İndi danışıqlar masasına qayıdıblar. Bu danışıqların hara aparacağı bəlli deyil. Biz onlara (ABŞ-a) etibar etmirik. Onların fırıldaqçılıq etmə ehtimalı var. İrandakı bütün qurumlar bu proseslərdən asılı olmayaraq öz vəzifələrini yerinə yetirməlidirlər. İranın nüvə proqramının məqsədləri ilə bağlı narahatlıq varsa, biz diplomatiya yolu ilə cavab verməyə, şəffaflığı təmin etməyə və etimad yaratmağa hazırıq. Lakin, yalnız başqalarının istəyi ilə sıfır zənginləşdirmə tətbiq etmək qəbuledilməzdir".

İranlı nazir bildirib ki, İranın uran zənginləşdirməsi qanuni bir hüquqdur və ABŞ-ın buna israr etməsi yalnız texniki və ya iqtisadi səbəblərə əsaslanmır.

Tehran,

Sitat.info 



Xəbər xətti