Dünən İran prezidenti Məsud Pezeşkian ölkə mediasında qonşu dövlətlər və onların liderləri haqqında təhqiramiz ifadələrin səsləndirilməsini kəskin tənqid edib.
Sitat.info İran mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu cür yanaşmanı yersiz və ləyaqətə zidd adlandırıb.
Pezeşkian bildirib ki, region ölkələrin prezidentləri və rəsmi nümayəndələri İranla əməkdaşlıq çərçivəsində müharibənin qarşısının alınmasını və problemlərin dialoq yolu ilə həllini önə çəkdiyi bir vaxtda, medianın qonşuları alçaldan açıqlamalar yayması doğru deyil.
Qeyd edək ki, son günlər İran mediasında Türkiyə və Azərbaycan əleyhinə əsassız iddialar səsləndirilib, habelə mümkün münaqişə halında bu ölkələrin hədəf alınacağına dair qərəzli materiallar dərc edilib. Pezeşkianın açıqlaması bu yanaşmalara etiraz kimi dəyərləndirilir.
Gülxar