Cənubi Koreyada helikopter qəzası: İki əsgər həlak oldu

13:40 9 Fevral 2026

Cənubi Koreyanın Gyeonggi əyalətində AH-1S Cobra hərbi helikopteri qəzaya uğrayıb, iki nəfər ölüb.

Sitat.info xəbər verir ki, Cənubi Koreya mediası paytaxt Seul yaxınlığındakı Qapyeongda təlim zamanı AH-1S Cobra hərbi helikopterinin qəzaya uğradığını bildirib.

Hakimiyyət orqanları təyyarədə olan iki əsgərin xəstəxanada öldüyünü və qəza ilə bağlı araşdırmanın başlandığını bildirib.



Xəbər xətti