Pezeşkian etiraz aksiyalarından danışdı: "heç bir güc İranı zəiflədə bilməz"

13:17 11 Fevral 2026

Bu gün İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən rəsmi mərasimdə çıxış edərək, ölkədə etirazlara və daxili islahatlara dair mövqeyini açıqlayıb.

Sitat.info xəbər verir ki, o, ölkəsinin birliyə ehtiyacı olduğunu vurğulayıb: "Prezident bildirib ki, insanlar birlikdə olduğu müddətdə heç bir güc İranı zəiflədə bilməz. Hökumət etirazları problemlərin həlli və tənqidçilərin fikirlərini eşitmək baxımından mühüm imkan kimi dəyərləndirir".

Pezeşkian vurğulayıb ki, heç bir azad iranlı daxili çətinliklərin aradan qaldırılması üçün silaha əl atmır və xarici qüvvələri ölkəyə müdaxiləyə çağırmır.

Dövlət başçısının sözlərinə görə, İranın daxili çətinlikləri yalnız zorakılıqdan və şayiələrdən uzaq, sağlam dialoq mühitində və ölkə daxilində həllini tapa bilər.

Tehran,

Sitat.info 



Xəbər xətti