Əli Laricani Qətərə gedir

13:20 11 Fevral 2026

Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omanda keçirdiyi rəsmi görüşləri başa vurduqdan sonra Qətərə səfər edib.

Sitat.info xəbər verir ki, məlumata görə, İnqilab Rəhbərinin müşaviri Doha şəhərinə çatdıqdan dərhal sonra Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşmək üçün Əmir Sarayına yollanıb.

Məlumata əsasən, səfər İranın region ölkələri ilə ikitərəfli münasibətləri möhkəmləndirmək, habelə, regional və beynəlxalq proseslər ətrafında siyasi dialoqu genişləndirmək məqsədi daşıyır.

Aytac,

Sitat.info



Xəbər xətti