Proksi qüvvələrdən geriyə addım: “İran- ABŞ gərginliyində iştirak etməyəcəyik”

15:18 11 Fevral 2026

İranın bölgədəki əsas proksi qüvvələrindən hesab edilən İraqdakı Həşd-əş-Şəəbi (Xalq Səfərbərlik Qüvvələri) mümkün ABŞ–İran qarşıdurmasında Tehrana dəstək verməyəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, qruplaşmanın qərargah rəisinin müavini Yasir əl-İsavi “Russia Today” telekanalına müsahibəsində bildirib ki, Həşd-Şəəbi “İran və ABŞ arasında heç bir müharibədə iştirak etməyəcək”.

O qeyd edib ki, belə bir müharibə İraq və bütövlükdə bölgə üçün “iqtisadi və təhlükəsizlik fəlakəti” olar.

Əl-İsavinin sözlərinə görə, ABŞ bu qruplara İsrail və İran arasında mümkün qarşıdurma halında hədəfə alınacaqları ilə bağlı xəbərdarlıq mesajları da göndərib.

ABŞ administrasiyası dəfələrlə İraq hökumətini İranın dəstəklədiyi silahlı qrupların fəaliyyətinə qarşı tədbir görməyə çağırıb.

Nigar,

Sitat.info



Xəbər xətti