İsrail “Sülh Şurası”na qoşuldu

20:50 11 Fevral 2026

İsrail Qəzza zolağının müharibədən sonra idarə olunması üçün yaradılmış Sülh Şurasına rəsmi şəkildə qoşulub.

Sitat.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu Sülh Şurasına qoşulma sənədini Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imzalayıb.

İmzalanma Baş nazirin ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub.



Xəbər xətti