Kiyev kütləvi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücuma məruz qalıb.
Sitat.info xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko və şəhər hərbi administrasiyasının nümayəndəsi Timur Tkaçenkonun "Telegram" kanallarında məlumat verib.
Məlumata görə, paytaxtın bir neçə rayonunda zərbələr qeydə alınıb.
Son məlumata əsasən, iki nəfər xəsarət alıb.
Kiyev şəhər hərbi administrasiyası saat 05:19-da paytaxt üçün təhlükənin aradan qalxdığını açıqlayıb.
Hava hücumu təhlükəsi 3 saat 4 dəqiqə davam edib.
Qeyd edək ki, Kiyev və bir sıra vilayətlərdə ballistik silah tətbiqi təhlükəsi ilə əlaqədar hava həyəcanı elan olunmuşdu.