Dünən Türkiyənin Ordu vilayətinin Ünye bölgəsində səhər saatlarında dəniz kənarında naməlum cisim aşkar edilib.
Sitat.info xəbər verir ki, bununla bağlı, “Türkiye Gazetesi” xəbər verir. Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində həmin cismin İran istehsalı olan kamikadze pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyənləşib.
Vətəndaşların dəniz kənarında şübhəli cisim görərək dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat verdiyi bildirilib. Xəbərdarlıqdan sonra əraziyə polis, jandarm və sahil mühafizə qrupları gəlib.
Geniş araşdırma üçün bölgəyə ekspertlərin cəlb edildiyi açıqlanıb. Hadisə ilə bağlı təhqiqat davam etdirilir.
Tehran