İmmuniteti gücləndirən və qocalmanı gecikdirən super qidalar - SİYAHI

12:09 12 Fevral 2026

Sağlam və gənc qalmağın əsas şərtlərindən biri düzgün qidalanmadır. Bəzi qidalar həm immuniteti gücləndirir, həm də orqanizmin tez qocalmasının qarşısını almağa kömək edir.

Kişmiş təbii şəkər tərkibli olsa da, qan şəkərini kəskin artırmır. Antioksidantlarla zəngindir, bağırsaq, ürək və sümük sağlamlığına faydalıdır, kollagen istehsalını dəstəkləyərək dəriyə parlaqlıq verir.

Badam E vitamini ilə zəngindir. Müntəzəm istifadə edildikdə “pis” xolesterini azaldıb “yaxşı” xolesterini artırmağa kömək edir. Araşdırmalar badamın xolesterini azaltdığını, bağırsaq sağlamlığını yaxşılaşdırdığını və iltihabı azaltdığını göstərir.

Çia toxumu lif, zülal, omeqa-3 və vitaminlərlə zəngindir. Ürək xəstəlikləri riskini azalda, xolesterini və təzyiqi tənzimləyə bilər. Daha yaxşı mənimsənilməsi üçün üyüdülərək istifadə olunması tövsiyə edilir.

Balqabaq tumu sağlam yağ turşuları və antioksidantlar ehtiva edir, ürək sağlamlığını dəstəkləyir. Tədqiqatlarda yaddaş və idrak funksiyalarına müsbət təsiri müşahidə olunub.

Ihlamur (cökə) çayı sakitləşdirici təsir göstərir, stress və gərginliyi azaldır, hüceyrələri qorumağa və böyrək-sidik yollarının fəaliyyətinə dəstək ola bilər.

Qeyd edək ki, bu məlumatlar ümumi xarakter daşıyır və tibbi məsləhət sayılmamalıdır. Sağlamlıqla bağlı narahatlıq olduqda həkimə müraciət etmək vacibdir.

Tehran,

Sitat.info



Xəbər xətti