ABŞ vətəndaşlarına çağırış etdi: Bu ölkələrə getməyin!

14:02 12 Fevral 2026

ABŞ Dövlət Departamenti artan qlobal təhlükəsizlik təhdidləri, daxili münaqişələr və terror riskləri nəzərə alınmaqla səyahət tövsiyələri siyahısını yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, departament 21 ölkəni "4-cü Səviyyə" kateqoriyasına daxil edib və vətəndaşlarını bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırıb.

Siyahıya Əfqanıstan, Myanma, İran, İraq, Livan, Şimali Koreya, Suriya, Yəmən, Belarus, Rusiya, Ukrayna, Burkina Faso, Mərkəzi Afrika Respublikası, Liviya, Mali, Niger, Somali, Cənubi Sudan, Sudan, Haiti və Venesuela daxildir.



Xəbər xətti