“Prezident kimi aylıq əməkhaqqım təxminən 1000 dollar (1700 AZN) təşkil edir”.
Sitat.info “Iran International”a istinadən xəbər verir ki, bu barədə milli valyutanın devalvasiyası haqqında danışarkən İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Əvvəllər düzgün əməkhaqqı verirdik, 6 min tümən 6 min dollara (10200 AZN) bərabər idi. Amma indi mən prezident olaraq 1000 dollar əməkhaqqı alıram”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, hazırda İranda 1 dollar 162 min tümənə (1,7 AZN), 1000 dollar isə 162 milyon tümənə bərabərdir.