Ötən ay Qroznıda baş verən yol qəzasından sonra Moskvaya aparılan Ramzan Kadırovun oğlu Adəm keçən həftə xəstəxanadan çıxarılıb.
Sitat.info “Novaya Gazeta Europa” istinadən xəbər verir ki, dalağı çıxarılan Kadırovun altı ay ciddi bir pəhriz saxlaması tələb olunur. Bundan başqa görmə sinirini zədələyən Çeçenistan rəhbəri varisinin bir gözünü itirmə təhlükəsi də var.
Xatırladaq ki, Adam Kadırov yanvarın 16-da ağır yol qəzası keçirmişdi. Qəza zamanı Adam Kadırovun kortejinin toqquşduğu avtomobilin sürücüsü həlak olduğu deyilirdi.
“Adam Kadırovdan başqa, yanvarın 18-də Çeçenistan rəhbərinin oğlunun korteji ilə Qroznıda baş verən qəza zamanı üç mühafizəçi də yaralanıb, onlardan ən azı ikisi Moskva xəstəxanasına göndərilib”, – deyə “Novaya Gazeta Europa” yazır.
Çeçenistan rəhbərinin oğluyla birlikdə qəzada onun üç mühafizəçisi də yaralanmışdı. “Novaya Gazeta Europa” yazır ki, Adam və başqa bir ağır yaralı yanvarın 18-də gizlin şəkildə Moskva xəstəxanasına göndərilmişdi.
“Telegram” kanalı NIYCO bildirir ki, əvvəllər Adam Kadırovla ümumi fotolarda görünmüş Bislan Qayımov baş-beyin travması alıb, nəticədə onun iflic ola təhlükəsi olduğu bildirilir.
Üç gün əvvəl (9 fevral) Ramzan Kadırov bildirib ki, “süni intellekt vasitəsilə hər kəsi aldatmaq olar. Haradansa ortaya çıxan Adam Kadırovun qəzası ilə bağlı yayılan məlumat dünya xəbərlərinin bir nömrəsi oldu”.
İki gün əvvəl isə Çeçenistan rəhbərinin oğlu ilə bir videonu yayımlanıb. Kadrlarda görünür ki, Adam nəzərəçarpacaq dərəcədə arıqlayıb. «Novaya Gazeta Europa» yazır ki, Adamın baş zədəsi nəticəsində çənəsində çat yaranmışdı və bu da müəyyən müddət ərzində bərk qida qəbul etməsinə imkan vermirdi.
///Bakupost.az