Dünən Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüş keçirib.
Sitat.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Kosaveç bildirib ki, Moskvada keçirilən görüş zamanı İran xalqına dəstəyini ifadə edib və mövcud təhlükəsizlik çağırışları fonunda həmrəylik nümayiş etdirib.
Kosaçev mesajında qeyd edib: “Moskvada İran səfiri ilə görüşdüm. Qardaş ölkənin xalqına, xüsusən də onların suverenliyinə və təhlükəsizliyinə qarşı mövcud təhdidlər qarşısında dəstəyimi və həmrəyliyimi açıq və birmənalı şəkildə ifadə etdim. Biz birlikdəyik”.
Nigar,
Sitat.info