Ən çox şikayət edilən 3 bank

10:40 13 Fevral 2026

Xəbər verdiyimiz kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanda bank sektoru üzrə daxil olan şikayətlərin sayına görə “Bank Avrasiya”, “AFB Bank” və “Bank BTB” ilk sıralarda yer alıb.

 Cari ilin yanvar ayında sözügedən indeksin hesablanmasında nəzərə alınan şikayətlər, əsasən, akseptsiz tutulma, onlayn bankçılıq və kartın bloklanması mövzularını əhatə edir.

“Mərkəzi Bankda maliyyə xidmətləri istehlakçılarının müraciətlərinin araşdırılması zamanı banklar tərəfindən istehlakçıların hüquqlarının pozulması halları müəyyən edildikdə, banka qarşı müvafiq nəzarət tədbirləri tətbiq edilir.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən səyyar qəbulların təşkili, eləcə də maliyyə sektoru nümayəndələri ilə mütəmadi görüşlərin keçirilməsi yolu ilə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məsələlərinin daim diqqət mərkəzində saxlanılması bankların nəzərinə çatdırılır.

Mərkəzi Banka daxil olan şikayətlər əsasında indeksin formalaşdırılmasını nəzərə alaraq, indeksin açıqlanması banklar üçün şikayətlərin vaxtında və effektiv həll olunması istiqamətində təşviqedici rol oynayır. Bununla da sözügedən mexanizm maliyyə sektorunda müştəri məmnuniyyətinin yüksəldilməsinə və maliyyə xidmətlərinin keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına xidmət edir”, - qurumdan qeyd edilib.



Xəbər xətti