"MediHall Hospital"da ölüm hadisəsi: Baş həkim danışdı

12:09 16 Fevral 2026

Xəbər verdiyimiz kimi, Bakıda “MediHall Hospital’”da estetik əməliyyat etdirən qadın vəfat edib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 10-da  Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”-  məlumatda deyilir.

“Medihall Hospital”ın baş həkimi Nigar Məhəmmədova “Sitat.info”-ya danışıb. 

O pasiyentin səhhətində yaranan başqa bir narahatlıqdan öldüyünü qeyd edib: “Xanım pasiyent fevralın 9-da əməliyyat olmuşdu. Göbək yırtığı əməliyyatı olundu və  əməliyyat uğurla keçdi. Klinikada olanda hər şey qaydasında idi. Evə getdikdən sonra pasiyentin ürəyində problem yaranıb. Daha sonra başqa klinikaya aparıblar. Bizimlə əlaqəsi yoxdur”.

Tehran,

Sitat.info

 



Xəbər xətti