Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədov küçəsi 27 ünvanında yaşayan Orucova Siala Veyis qızına məxsus mənzil söküntü zamanı qəzalı duruma düşüb.
Vətəndaş bu barədə "Sitat.info"nun redaksiyasına şikayət göndərib.
Zərərçəkənin oğlu Rasim Orucov bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin tapşırığı ilə söküntü aparılan zaman mənzili yaşanmaz hala gəlib:
"BŞİH və Sabunçu RİH-in müvafiq sərəncamına görə, bu binanın sökülməsi və yerində yeni binanın tikilməsi planlaşdırılıb. Buna baxmayaraq, hər iki icra hakimiyyəti bizə qarşı çox qərəzli mövqe tutublar. 6-7 ildir ki, öz sərəncamlarından irəli gələn məsələləri yerinə yetirmək əvəzinə, bizi mənzillə təmin etmək əvəzinə bizi məhkəmələrdə süründürüblər və və heç bir nəticə əldə olunmayıb. İcra hakimiyyətinin iddiaları dəfələrlə rədd olunub".
Zərərçəkən bildirib ki, məhkəmə qərarına baxmayaraq, qanunsuz söküntü aparılıb: "İcra başçısı Adil Vəliyev də söküntü işlərini qeyri-qanuni aparıb. Məhkəmənin qərarı ilə bu məsələ öz əksini tapıb. Qərarda qeyd olunur ki, heç bir MTK, heç bir tikinti şirkəti bu məsələyə cəlb olunmayıb, buna baxmayaraq icra başçısı qanunsuz söküntü aparıb.
Biz burada yaşamağa davam edirik, icra başçısının dağıtdığı bu binada, yağış sularının altında, narkomanların məskən saldığı bu binada yaşayırıq. Söküntü zamanı mənzilimizə vurulan ziyanla bağlı məlumat versək də, heç bir təmir işləri aparılmayıb".
Qeyd edək ki, vətəndaşın bu problemi yaşamasının səbəbi mənzilə görə verilən kompensasiya ilə razılaşmamasıdır. İlk növbədə ona görə ki, məbləğ kifayət qədər azdır. Digər tərəfdən isə bina sakinlərindən əksəriyyəti yaxınlıqda tikilən binada evlə təmin edilib. Bu səbəbdən Siala Orucova da ərazidəki binadan evlə təmin olunmağı tələb edir.
Sitat.info həmin videomaterialı təqdim edir:
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Tehran,
Sitat.info