Özümü gülməkdən güclə saxladım.
Sitat.info xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı nazirlər səviyyəsində keçirilən iclasında İsrail xarici işlər naziri Gideon Saar Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın beynəlxalq hüquq, İsrailin əraziləri işğal və ilhaq etməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
“Rusiya Federasiyasının nümayəndəsinin beynəlxalq hüquq, işğal, ərazilərin ilhaqı və münaqişələrin sülh yolu ilə həlli barədə danışmasını eşitmək çox əyləncəli idi. Onun çıxışı zamanı özümü səsli gülməkdən güclə saxladı”, - o bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyət, atəşkəsin gücləndirilməsi, humanitar yardımın genişləndirilməsi və siyasi prosesin bərpasının vacibliyini müzakirə etmək üçün Yaxın Şərqdəki vəziyyətlə bağlı nazirlər səviyyəsində iclas keçirib. Görüşə Böyük Britaniya sədrlik edib.