Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını vuran şəxsin kimliyi müəyyən olub.
Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Hadisə nəticəsində 44 BU 065 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz Atego" markalı avtomobili idarə edən Hikmət Hüseynov Salyan rayonu istiqamətində hərəkətdə olarkən iki nəfər piyadanı vurub.
Piyadaların biri hadisə yerində həyatını itirib, digəri xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.