Məlhəm Hospitalda analizi məhv etdilər: PASİYENTİN BELİ YENİDƏN DEŞİLDİ

12:09 21 Fevral 2026

“Məlhəm Hospital”ilə bağlı növbəti şikayət gündəmə gəlib.

Sitat.info Ajans.az xəbər verir ki, İlkin Mustafayev adlı Facebook istifadəçisi öz hesabında klinika ilə bağlı narazılığını əks etdirən paylaşım edib.

O bildirib ki, analizlərin düzgün aparılmadığını və əlavə ödəniş tələb olunub.

Onun sözlərinə görə, bacısından götürülən ilik analizi Türkiyəyə göndərilmək üçün hazırlanıb. Analizin xüsusi şüşələr üzərinə yayılaraq mikroskopik müayinə üçün saxlanıldığı qeyd olunur. İlkin Mustafayev vurğulayıb ki, xəstəxananın təcili yardım şöbəsində həmin şüşələr üzərindəki material “qanlı olduğu” əsas gətirilərək,əməkdaşlar tərəfindən yuyulub və bu məsuliyyətsizlik hesab edilir.

Nəticədə analiz materialının yararsız hala düşdüyü və prosedurun təkrar aparıldığı iddia edilir. Nəticədə, bacısından ikinci dəfə analiz götürülüb.

Şikayətçinin sözlərinə görə,  analiz üçün 697 manat ödəniş edilib.



Xəbər xətti