Gəncədə avtomobillər toqquşdu - Yaralılar var

15:52 21 Fevral 2026

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Ozan küçəsi ilə Xudatbəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza zamanı xəsarət alan şəxslər 1973-cü il təvəllüdlü Mübariz Huseynov, 1990-cı il təvəllüdlü Pərviz Əhmədov, 1991-ci il təvəllüdlü Sahib Cəfərovdur.

Qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

///Qafqazinfo




Xəbər xətti