Fitso: Slovakiya fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracaq

17:43 21 Fevral 2026

Əgər Kiyev ölkəyə neft tədarükünü bərpa etməsə fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükü dayandırılacaq.
 
Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanlanan bu xəbərdarlığı özünün "Facebook" səhifəsində paylaşıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Fitso Ukraynaya dizel yanacağı ixracının dayandırılması barədə göstəriş verib. Buna "Drujba" kəməri ilə Rusiya neftinin ölkəyə nəqlinin dayandırılması səbəb kimi göstərilib.
 
///apa



Xəbər xətti