Yaponiyada anası tərəfindən tərk edilmiş meymun balası “Punch”ın yumşaq oyuncağı sosial mediada viral olub.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra məhsula böyük tələbat yaranıb.
Belə ki, IKEA brendi “Djungelskog” adlı oyuncağın Yaponiya, ABŞ və Cənubi Koreyadakı ehtiyatlarının tükəndiyini açıqlayıb. Türkiyədə də böyük məşhurluq qazanmış oyuncağın 600-700 TL-yə (təxminən 23-27 AZN) satıldığı bildirilir.
Qeyd edək ki, “Punch” qısa müddətdə sosial şəbəkələrdə ən məşhur heyvanlardan birinə çevrilib. Meymun balası doğulandan sonra anası onu qəbul etməyib. 6 aylıq meymun balası zoopark əməkdaşlarının ona təsəlli üçün verdikləri oyuncağa bağlanıb. “Punch”ın oyuncağa sarıldığı görüntüləri sosial mediada yayılıb və dünyanın bir çox yerində insanların diqqətini çəkib. Hətta onun saxlandığı İçikava zooparkına gələnlərin sayının artmasına səbəb olub.
///Qafqazinfo