Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini qlobal müharibənin təməlini qoymaqda ittiham edib.
Sitat.info xəbər verir ki, BBC-yə müsahibə verən Zelenski bəşəriyyətin böyük bir təhlükə ilə üz-üzə olduğunu bildirib.
Ukrayna dövlət başçısı qeyd edib ki, Putin bu müharibəni artıq başladıb:
“Dünya birliyinin əsas vəzifəsi hazırkı münaqişənin tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqdır. Rusiya rəhbərliyi yalnız Ukrayna torpaqlarını işğal etməklə kifayətlənməyəcək, bu səbəbdən müttəfiqlər təcavüzkarın qarşısını almaq üçün daha kəsərli addımlar atmalıdırlar”.
Xatırladaq ki, Zelenski daha əvvəl Putini “Ukraynanın və bütün ukraynalıların düşməni” adlandıraraq aralarında qarşılıqlı nifrətin olduğunu bəyan etmişdi.