Şəkidə yaşayış binasında yanğın olub.
Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, yanğın Şəki şəhər M.Ə.Rəsulzadə küçəsində, İsmayılov Tural Mais oğluna məxsus mənzildə baş verib.
Əraziyə Şəki rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 40 m² olan evin bir otağının bütün yanar konustruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.