Şəmkirdə maşınlar toqquşdu - Ölən və xəsarət alanlar var

19:23 24 Fevral 2026

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə Qasımalılar kəndində olub.

Belə ki, “VAZ-2106” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Qəzada bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

////Qafqazinfo



Xəbər xətti