ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatası və Senatı qarşısında etdiyi illik “Ölkənin vəziyyəti haqqında” çıxışında İranın ABŞ-a çata biləcək raketlər hazırladığını bəyan edib.
Sitat.info xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Tramp bildirib ki, İran artıq Avropanı və ABŞ-ın xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər hazırlayıb və yaxın zamanda ABŞ ərazisinə çata biləcək sistemlər üzərində işləyir.
O, İranın nüvə proqramını diplomatik yolla dayandırmaq istədiyini vurğulasa da, ABŞ-ın hərbi gücünün ən yüksək səviyyədə olduğunu qeyd edib. Tramp deyib ki, Vaşinqton Tehranla danışıqlar aparır, lakin İran tərəfindən “heç vaxt nüvə silahına sahib olmayacağıq” kimi açıq təminat eşitməyiblər.
ABŞ Prezidenti həmçinin bildirib ki, “dünyada terrorun əsas sponsoru” adlandırdığı İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək və Amerika Silahlı Qüvvələrinin qətiyyətinə heç kimin şübhə etməməli olduğunu vurğulayıb.
Qeyd edək ki, İran tərəfi nüvə silahı hazırlaması ilə bağlı iddiaları indiyədək təkzib edir.
Tehran,
Sitat.info