Türkiyədə F-16 qəzası: Pilot həlak oldu

11:29 25 Fevral 2026

Türkiyədə F-16 təyyarəsi qəzaya uğrayıb. Qəzada bir pilot həlak olub.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Balıkesir 9-cu Əsas Reaktiv Baza Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində Hərbi Hava Qüvvələrinin pilotu mayor İbrahim Bolat şəhid olub.

Hadisə ilə bağlı araşdırma başlayıb. 

Tehran,

Sitat.info



Xəbər xətti