Kuril adaları yaxınlığında 5.3 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 380 km cənub-qərbdə olub.
Seysmik hadisənin ocağı 53 kilometr dərinlikdə yerləşib.