Pakistan Əfqanıstana hücum etdi: Ölənlərin sayı 400-ə çatdı

09:27 17 Mart 2026

Pakistan və Əfqanıstan arasında gərginlik kəskinləşib. Pakistan ordusunun Kabil və Nəngərhar əyaləti ərazilərinə zərbələr endirdiyi bildirilir.

Sitat.info xəbər verir ki, Pakistan hökuməti hücumların “Taliban hədəflərinə” yönəldiyini bildirib.

Onların sözlərinə görə, əməliyyatlar hərbi obyektləri, sursat anbarlarını və “terrorçu qrupları dəstəkləmək üçün istifadə olunan infrastrukturu” hədəf alıb.

Buna qarşılıq, Əfqanıstan hakimiyyəti Pakistanı mülki obyektləri vurmaqda ittiham edib. Əfqanıstan nümayəndələrinin iddiasına görə, zərbələrdən biri Kabildə narkotik asılılığından müalicə mərkəzinə dəyib.

Hökumət rəsmiləri hücum nəticəsində 400-ə qədər insanın öldüyünü, təxminən 250 nəfərin yaralandığını bildiriblər. Onların sözlərinə görə, 2000 nəfərlik tutumu olan mərkəzdə hücum zamanı yüzlərlə insan olub.

Nigar,

Sitat.info

 



Xəbər xətti