İran hərbi rəsmiləri ABŞ və İsrail ilə davam edən münaqişələrə dair bəyanatlarını sərtləşdirərək müharibənin gedişatını özlərinin müəyyən edəcəyini açıqlayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İranın hərbi sözçüsü İbrahim Zolfaghari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin sonunun sosial media üzərindən deyil, döyüş meydanında müəyyən ediləcəyini bildirib.
Zolfaghari tərəfindən verilən yeni açıqlamada bölgədəki qonşu ölkələrə müraciət edərək İranın özünümüdafiə haqqını və suverenliyini qorumağa davam edəcəyini vurğulayıb.
Hərbi sözçü bölgədəki ABŞ hərbi bazalarından gələ biləcək hər hansı bir hücumla bağlı xəbərdarlıq edərək bunları deyib:
"Bu müharibəni siz başlatdınız, amma nə qədər davam edəcəyinə və necə bitəcəyinə biz qərar verəcəyik. Biz bunu sona çatdıracağıq", - deyə o bildirib.