İran Hörmüz gərginliyinə görə ABŞ və İsraili günahlandırıb və qlobal miqyasda "hərbi təcavüzün" qınanmasına çağırıb.
Sitat.info-nun Tasnim-ə istinadən məlumatına görə, İranın xarici işlər naziri Əraqçi bildirib ki, Hörmüz boğazındakı vəziyyətə təkbaşına baxmaq olmaz, çünki gəmiçiliyin pozulması ABŞ və İsrail tərəfindən tətbiq edilən müharibənin nəticəsidir.
BMT-nin baş katibi Quterreş ilə telefon danışığında Əraqçi qeyd edib ki, sülh və təhlükəsizliklə bağlı narahat olan hər bir ölkə və ya beynəlxalq qurum ABŞ-İsrail cinayətlərini məsuliyyətlə qınamalı və "İran xalqına qarşı hərbi təcavüzünə son qoyulmasını" tələb etməlidir.
Aytac,
Sitat.info