Əraqçıdan sərt mesaj: “Lazım gələrsə, canımızı fəda edəcəyik”

10:25 18 Mart 2026

Dünən İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə”  telekanalına müsahibəsində təhlükəsizliklə bağlı diqqətçəkən açıqlamalar verib.

Sitat.info-nun İran mediasına istinadənb məlumatına görə, jurnalistin “Sui-qəsddən qorxmursunuz?” sualını cavablandıran nazir bildirib ki, mövcud şəraitdə hər kəs hədəfə çevrilə bilər: “Son günlərdə gördük ki, düşmənlər heç bir yeri və ya şəxsi hədəfə almaqda tərəddüd etmirlər”.

Əraqçı qeyd edib ki, hücumlar nəticəsində 53 xəstəxana, çoxsaylı məktəblər, bank filialları və yaşayış binaları zərər görüb. Siyasi xadimlər, mülki şəxslər, alimlər və universitet professorları da hədəfə alınıb.

Nazir vurğulayıb ki, özü də potensial hədəf ola bilər: “Habelə, mən də hədəfə alına bilərəm. Ancaq biz möhkəm dayanacağıq və ölkəmizin məqsəd və maraqları uğrunda çalışacağıq. Lazım gələrsə, bu məqsədlər uğrunda canımızı fəda edəcəyik”. 

Tehran,

Sitat.info



Xəbər xətti