Bu müəllimlərin maaşı artacaq

15:13 18 Mart 2026

Sertifikasiya imtahanı musiqi müəllimlərinin də maaşına təsir edə bilər.

Sitat.info Ölkə.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai nazir Adil Kərimli bildirib.

Nazir qeyd edib ki, sertifikasiyadan fərqli olara attestasiya əməkhaqqının artırılması ilə nəticələnmir. Sertifikasiyadan sonrakı mərhələlərdə isə müəllimlər üçün məsələnin nəzərə alınması gözlənilir.

Qeyd edək ki, Milli Məclisdə müzakirə olunan “Təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən incəsənət məktəblərində dərs deyən müəllimlər attestasiya imtahanından deyil, sertifikasiya imtahanından keçəcək.

Nazirin müşaviri Cəsarət Valehov isə çıxışında deyib ki, sertifikasiyadan keçən müəllimlərin maaşında 25 faiz artım olub.



Xəbər xətti