İsraildə son sutkada İranın hücumlarında 177 nəfər xəsarət alıb

11:15 19 Mart 2026

İsraildə son sutkada İranın raket və dron hücumlarında xəsarət alan 177 nəfər xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onların əksəriyyətinin səhhəti yaxşı qiymətləndirilir, bir nəfərin vəziyyəti isə kirtikdir.

Beləliklə, İranla müharibə başlayandan bəri İsraildə ümumilikdə 3 924 nəfər xəstəxanaya yerləşdirilib. Onların böyük hissəsi müalicə olunaraq evə buraxılıb, 74 nəfərin isə müalicəsi davam etdirilir./APA



Xəbər xətti