Bu gün İran mediası ölkənin təhlükəsizlik strukturlarında mühüm təyinatların həyata keçirildiyi ilə bağlı məlumat yayıb.
Sitat.info xəbər verir ki, məlumata görə, Hüseyn Dehqan mərhum Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Dehqan daha öncə müdafiə naziri və keçmiş ali rəhbərin müdafiə sənayesi üzrə müşaviri vəzifələrində çalışıb.
Digər məlumata əsasən, Mustafa Purməhəmmədi İsmayıl Xətibin yerinə ölkənin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri təyin edilib. Onun təhlükəsizlik strukturlarında uzun illər təcrübəsi olduğu, əvvəllər daxili işlər naziri, ədliyyə naziri, baş prokuror, kəşfiyyat nazirinin müavini və ETTELAAT Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışdığı bildirilir.
Aytac,
Sitat.info