Vəziyyətdən sui-istifadə edən moto kuryer 100 manatlıq qayda pozdu - VİDEO

11:31 19 Mart 2026

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. 

Sitat.info xəbər verir ki, hadisə martın 3-də, paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, tıxac zamanı sözügedən küçədə hərəkət edən "Yango" daşıma şirkətinə məxsus moto kuryer vəziyyətdən sui-istifadə edib. O, velosiped zolağına daxil olaraq həmin zolaqla hərəkətinə davam edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsilə yüz manat məbləğində cərimə nəzərdə tutulub.

 



Xəbər xətti