“Kolumbus Kru”nun baş məşqçisi Henrik Ridström komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Nəriman Axundzadədən danışıb.
Sitat.info xəbər verir ki, o, “Toronto”ya qarşı oyundan sonra klubun rəsmi saytına açıqlamasında 22 yaşlı forvarddan gözləntilərinin böyük olduğunu bildirib.
“Bizim toparlanmaq üçün vaxtımız var, lakin bunun üçün daha çox rəqabət lazımdır. Hazırda meydanda həddindən artıq çəkingən davranırıq. Ümid edirəm ki, Andre Qomes və Nəriman Axundzadə kimi komandaya yeni qoşulan futbolçular rəqabəti artırmaq üçün səviyyəmizi yüksəldə biləcəklər. Onların gəlişi ilə daha ciddi mübarizə aparmağımız çox vacibdir”, - məşqçi deyib.
Qeyd edək ki, N.Axundzadə sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olaraq MLS-də çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Qarşılaşma “Toronto”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.