Siyartonun telefonu dinlənilib, araşdırma başladıldı

16:48 23 Mart 2026

Xarici xüsusi xidmət orqanları Macarıstanın xarici işlər naziri Peter Siyartonun telefonunu dinləyib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Macarıstan Baş naziri Viktor Orban açıqlayıb.

Onun sözlərinə görə, həmin xüsusi xidmət orqanlarının nümayəndələri nazirin nömrəsini macarıstanlı jurnalistdən əldə edib. 

Orban ölkənin Ədliyyə Nazirliyinə məsələnin araşdırılması barədə göstəriş verib.



Xəbər xətti