ABŞ prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq səylərinin bir hissəsidir.
Sitat.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Region ölkələri tərəfindən gərginliyin azaldılması üçün təşəbbüslər olub və onların hamısına cavabımız aydındır: bu müharibəni başlayan tərəf biz deyilik və bütün bu cür istəklər Vaşinqtona yönəldilməlidir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Tramp İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hər hansı hərbi zərbələri 5 gün müddətinə təxirə salıb.